EN

Ərdoğandan Suriyada baş verənlərə - Reaksiya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada üsyançıların ölkənin ikinci şəhəri Hələbə hücumuna ilk dəfə münasibət bildirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o bu barədə Ankarada Monteneqro lideri Yakov Milatoviçlə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Türkiyə lideri Suriyadakı hadisələri çox diqqətlə izlədiklərini söyləyib.

“Biz Suriya böhranının ölkənin ərazi bütövlüyü, milli birliyinin qorunması və xalqın tələbləri əsasında həll olunacağına ümid edirik”, - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Ankaranın prioriteti Türkiyənin öz milli təhlükəsizliyidir: “Biz hadisələrin arzuolunmaz gedişinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq”.


Chosen
4
1
nuh.az

2Sources