EN

Deputat: "Gəzinti zamanı siqaret çəkmək qadağan edilsin"

Yazını böyüt
Yazını kiçilt

Rusiyada Yeni Xalq Partiyasından olan deputat Əmir Həmidov vətəndaşlara gəzinti zamanı siqaret çəkməyi yasaqlamağı təklif edib. Bu təklif əhalinin sağlamlığının qorunması zəminində yazılıb və qanun layihəsini dəstəkləmək üçün əvvəlcə Səhiyyə Nazirliyinə təqdim edilib.

Hafta.az-ın yazdığına görə, deputat Həmidov, gəzinti zamanı siqaret çəkənlərin tüstü ilə ətrafdakı insanlara zərər verdiyini, bunun sağlamlıq riski olduğunu vurğulayıb. Həmidov onu da bildirib ki, siqaret tüstüsü ətraf mühiti çirkləndirir və havanın keyfiyyətini aşağı salır.

Təklif “Vətəndaşların sağlamlığının tütün tüstüsünün zərərindən qorunması haqqında” qanuna əlavə edilməsini nəzərdə tutur. Bununla belə, təklif olunan qanun praktikada bəzi suallar doğurur. Qanun layihəsinə əsasən, qadağanın pozulmasına və ictimai yerlərdə siqaret çəkməyə görə cəzaların eyni miqdarda tətbiqi nəzərdə tutulur.

Chosen
7
1
hafta.az

2Sources