EN

Baydenin iflasa uğrayan demokratiyası - RƏY

ABŞ Prezidenti Co Bayden iki cinayət işi – qanunsuz silah daşıma və vergidən yayınma ilə bağlı məhkəmə qərarını gözləyən oğlu Hanteri əfv edib.

Əgər bu məsələyə hüquqi baxış etsək, hər bir prezidentin əfv etmək hüququ var və bu hüquqdan istifadə edə bilər. Siyasi liderlərin öz ailələrinə, ailə üzvlərinə münasibətdə bu institutun tətbiqi bir az başa düşülən deyil. Xüsusilə Amerikada, yəni hüquqi, demokratik bir dövlətdən danışırıqsa, Baydenin 9 cinayət maddəsi ilə ittiham olunan oğlunu əfv etməsi siyasi lider kimi Baydenin “səviyyəsizliyinin” bariz nümunəsidir.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Komitə sədri bildirib ki, siyasi lider bu addımı ilə baxmayaraq ki, o hakimiyyətdən gedir, səhhətində də problemlər var özünü Amerika tarixində qara səhifəyə yazmış prezidentlərdən biri olacaq.

Çingiz Qənizadə onu da qeyd edib ki, bu cür yanlış addımları Bayden son vaxtlarda atmaqda davam edir. Ukraynaya və digər məsələlərdə münasibətdə Bayden özündən sonrakı sələfi Tramp üçün çox ciddi problemlər qoyub getməyə çalışır. Amma bu məsələdə isə o tələsik addım atmaqla, təbii ki, bilirdi ki, Tramp gəldikdən sonra bu addımı atmayacaq və özünün ailə üzvlərinin təhlükəsizliyini təmin etmiş oldu. Ancaq Bayden bir şeyi unutmuş oldu ki, o, prezidentlik kürsüsünə gələrkən 4 il öncə yanvarın 20-də Amerika xalqı qarşısında and içmişdi ki, o, xalqına xidmət edəcəkdi. Məhz bu addımı ilə o göstərdi ki, Bayden xalqına yox, onu maraqlandıran, onun ətrafında olan, müəyyən monopolist qüvvələrin əhatəsində onların maraqlarına, sonda isə öz ailə maraqlarına xidmət etdi və bu cür dövlətlərin liderlərinin bu yanaşması o liderlərə baş ucalığı gətirmir. 

Çingiz Qənizadə hesab edir ki, qanunların aliliyi hökm sürən bir dövlətdə Bayden kimi adamlar qanunların aliliyindən şəxsi maraqları üçün istifadə etməsi, qanunlara arxa çevirməsi kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, Baydenin hakimiyyətdə olduğu dövrlərdə onun fəaliyyətini nəzərdən keçirsək, komitə sədri elə hesab edir ki, o hakimiyyətə gəlmiş təsadüfi adamlardan biridir və Amerika tarixində də belə olaraq qalacaqdır.

Chosen
11
operativmm.az

1Sources