EN

Aqşin Yenisey: "İslam imanı firəng qiyafəti qarşısında duruş gətirə bilmir"

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Əli bəy Hüseynzadə azərbaycanlı üçün belə bir "üçü birində" kimlik təklif edirdi.

Tarix göstərdi ki, türk qanı islam imanı, islam imanı firəng qiyafəti qarşısında duruş gətirə bilmir.

Yola türk qanıyla çıxan İran və Anadolu türkləri sonda islam imanının acınacaqlı aqibətiylə üzləşdilər, eyni zamanda, türk qanını yenən islam imanı da sonda İran və Anadolu türklərinin simasında firəng qiyafətlərinə yenildilər.

İman və qiyafət qazanılan kimlikdir. Orijinal kimlik qanla gələndir. Milli xarakter qan məsələsidir.

Avropa xalqları milli xarakteri xristian imanından arındırmaq üçün kilsəni sıxışdırdılar və milli qanı qoruyan insan haqlarını yaratdılar.

Bizim bu gün bəşəri dediyimiz sekluyar dəyərlər Avropa xalqlarının imanla apardığı qan davasının yaratdığı milli dəyərlərdir.

Buna görə də xas avropalılar üçün modernizm milli məsələdir.

Çünki modern insan haqları avropalının kilsədən, öz imanından zorla qopardığı haqlardır.

Bu haqlar avropalıda milli məsuliyyət hissi yaradır, bizi isə milli məsuliyyətdən azad edir.

Biz seçki hüququnu, söz və fikir azadlığını şəxsi məsuliyyətdən qaçış üçün istifadə edirik. Biz seçmək üçün deyil, seçilmək üçün seçki hüququ tələb edirik. Çünki seçilmişliyin bizə imtiyazlar bəxş edib şəxsi məsuliyyətlərdən azad edəcəyinə inanırıq.

Yaxud söz və fikir azadlığını başqalarını söymək azadlığı kimi tətbiq edirik ki, məsuliyyətin bizdə olmadığını diqqətə çatdıraq.

Deyirlər ki, müsəlmanların Qərbə qaçmasının səbəbi oradakı insan azadlıqlarıdır. Tamamilə, yanlış düşüncədir. Müsəlmanı cəlb edən Avropanın özü üçün yaratdığı milli məsuliyyət mühitidir.

Azadlığa qaçan adam gedib orada özüylə gətirdiyi imanın davasını etməz! O istəyir ki, bu əcnəbi məsuliyyətindən öz imanı üçün də bişey-mişey qoparsın.

Chosen
282
1
kulis.az

2Sources