EN

Azərbaycanda milli ödəniş sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi artıb

Bakı. Trend:

Azərbaycanda milli ödəniş sistemi (AZİPS, XÖHKS və AÖS)vasitəsilə emal olunan əməliyyatların həcmi artıb.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti ZakirNuriyev VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.

“Dayanıqlı və təhlükəsiz bankçılığın təmin edilməsinin əsasamillərindən biri rəqabətədavamlı rəqəmsal ödəniş ekosisteminininkişafıdır. Son üç il ərzində milli ödəniş sistemi (AZİPS, XÖHKSvə AÖS) vasitəsilə emal olunan əməliyyatların həcmi 3,6 dəfəartaraq cari ilin 10 ayı ərzində 606 milyard manata çatıb. Ölkədaxilində ödəniş kartlarından istifadə edərək aparılanəməliyyatların 63,8 faizi nağdsız ödənişlərdən ibarətdir.

Ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının inkişafı 14elektron ödəniş təşkilatının, 8 ödəniş təşkilatının və 1 ödənişsistemi operatorunun fəaliyyətini lisenziyalaşdırmağa imkanyaradıb. Ani Ödənişlər Sisteminin infrastrukturununmodernləşdirilməsi, açıq bankçılıq platformasının formalaşdırılmasıvə innovativ həllər üçün sandbox rejiminin tətbiqi diqqətmərkəzində qalır”, - deyə Z.Nuriyev vurğulayıb.

Chosen
11
az.trend.az

1Sources