EN

NATO-nun yeni baş katibi Trampa xəbərdarlıq edib

"Ukrayna Rusiya ilə əlverişsiz sülh sazişi imzalasa, ABŞ üçün ciddi təhlükə yaranacaq".

Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib. 

Onun sözlərinə görə, Rusiya KXDR-i raket texnologiyası ilə təmin edir və bu, təkcə Cənubi Koreya və Yaponiya üçün deyil, həm də ABŞ üçün təhlükə yaradır:

"Biz Şimali Koreya lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və İranın əl sıxması vəziyyətinə yol verə bilmərik. Çünki bu, uzunmüddətli perspektivdə bir razılaşmaya çevriləcək. Bu razılaşma təkcə Avropa üçün deyil, həm də ABŞ üçün ciddi təhlükəsizlik təhdididir".

Gülşən Şərif

Chosen
24
bakivaxti.az

1Sources