EN

Yunanıstanla dostluğumuzu gücləndirən təşəbbüsləri dəstəkləməyə hazırıq- Fahreddin Altun

Bakı, TurkicWorld

Yunanıstanla dostluğumuzu gücləndirən təşəbbüsləri dəstəkləməyə hazırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin Altun Türkiyə Araşdırmaları Fondu və Yunanıstan Qlobal Münasibətlər İnstitutu ilə birgə təşkil edilən Türkiyə-Yunanıstan Media və Akademiyası Forumuna göndərdiyi videomüraciətində bildirib.

“Mədəniyyət və idman nöqteyi-nəzərindən ikitərəfli əlaqələr” mövzusunda keçirilən forumun iki dost ölkə arasında dialoqu dərinləşdirəcəyinə, qarşılıqlı anlaşma və əməkdaşlığı artıracağına ümid edən Altun, Afinadakı bu xüsusi toplantının “Birlikdə daha çox nələr edəbilərik?" sualına cavab olacağına inandığını bildirib.

Egey dənizinin iki qədim ölkəsi olan Türkiyə və Yunanıstanın ehtiyac duyduqları anda bir-birlərinə əl atdıqlarını, dost və qonşu olmanın tələblərini tam yerinə yetirdiklərini vurğulayan Altun, bu qarşılıqlı həmrəylik ruhunun iki dövlətin bir yerdə olması deməkdir. Bu gün düşünülə bilən hər sahədə müsbət bir dialoqa diqqət çəkdi.

Qeyd edək ki,Türkiyə ilə Yunanıstan arasındaki son görüş Yunanıstanın paytaxtı Afinada keçirilib. Görüşlər çərçivəsində "müsbət gündəm" mövzuları müzakirə edilib və bu gün tərəflər arasında "siyasi dialoq" toplantısı keçiriləcək.

2-3 dekabr tarixlərində Afinada baş tutan görüşə Xarici işlər nazirinin müavini, səfir Mehmet Kamal Bozay rəhbərlik edib.

Chosen
6
turkic.world

1Sources