EN

Əlilliyi olan şəxslərin inklüziv cəmiyyətə qoşulması üçün bütün tədbirlər görülür -Davud Rəhimli

Bakıda Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş "Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi" mövzusunda tədbir keçirilir.

“İki sahil” xəbər verir ki, Əlillər Təşkilatları İttifaqının sədri Davud Rəhimli tədbirdə çıxış edərək bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarını, rifahını cəmiyyətin və inkişafın bütün sahələrində təşkil etmək məqsədi ilə hər il 3 dekabr tarixində Beynəlxalq Əlilliyi olan Şəxslər Günü qeyd olunur.

O qeyd edib ki, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən bu gün, əlilliyi olan şəxslərin həyatına, hüquqlarına təsir edən əsas problemləri aradan qaldırmaq üçün dəstək toplamaq və marifləndirmə səhərlərini artırmağı hədəfləyir.

"Azərbaycanda da bu gün 1994-cü ildən qeyd olunur və hər il sistematik olaraq müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar və eyni zamanda əlilliyi olan şəxslərin iştirakı ilə qeyri-hükmət təşkilatları tərəfindən məyyən tədbirlər keçirilir.

Çox yaxın bir neçə həftə bundan qabaq Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirildi. COP29 zamanı da əlilliyi olan şəxslərlə bağlı fəaliyyət göstərən təşkilatlar aktiv fəaliyyət göstəriblər. COP gündəliyinə əlillik mövzusunun salınması mühüm məsələ idi, əminik ki, növbəti COP-larda da bu mövzu aktual olaraq qalacaq. COP29 inklüzivlik baxımından da çox mühüm tədbir oldu",- deyə o əlavə edib.

Chosen
5
1
ikisahil.az

2Sources