EN

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bərpaedici ədalət uğrunda qlobal hərəkata dəstək vermək öhdəliyini bir daha təsdiqləyir

"Biz əsarət, müstəmləkəçilik və neokolonializmin əsrlər boyu dərin və davam edən təsirlərini tanımaq üçün birləşmişik".

Olaylar AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında səsləndirdiyi bəyanatda bildirib.

O deyib ki, Bonayre, Sent-Martin, Aruba, Kurasao, Yeni Kaledoniya, Fransız Polineziyası, Vallis və Futuna, Mayotte, Korsika, Qvadelupa, Martinik, Fransız Qvianası və Reunion kimi bir neçə bölgə müstəmləkəçiliyin buraxdığı uzunmüddətli miraslarla mübarizə aparmağa davam edir.

"Bu ərazilər tarixi müstəmləkə hökmranlığından qaynaqlanan, onların inkişafına və öz müqəddəratını təyin etmələrinə mane olmaqda davam edən davamlı sosial-iqtisadi və siyasi problemlərlə üzləşirlər. Bakı Təşəbbüs Qrupu bu regionların beynəlxalq təşkilatlara daxil edilməsini və təmsil olunmasını müdafiə edərək, onların maraqlarını davamlı şəkildə irəli sürüb. Bu kontekstdə çoxsaylı beynəlxalq və tematik konfranslar təşkil edilib və beynəlxalq qurumlara müraciətlərin hazırlanmasında dəstək göstərilib. Bu təşəbbüslər bu icmaların hüquqlarının, istəklərinin və narahatlıqlarının qlobal arenada effektiv şəkildə təqdim olunmasını və həll olunmasını təmin etmək məqsədi daşıyır",- deyə Abbas Abbasov qeyd edib.

O, BTQ-nin hüquqi, mədəni, təhsil, iqtisadi və psixoloji elementləri özündə birləşdirən təzminatlar üçün hərtərəfli qlobal çərçivənin yaradılmasını tələb etdiyini bildirib. Onun sözlərinə görə, təzminatlar Roma Nizamnaməsi və Baş Assambleyanın 60/147 saylı qətnaməsi də daxil olmaqla, beynəlxalq insan hüquqları hüququ çərçivəsində tərtib edilməlidir: "Təzminatlar, həmçinin mədəni irsin və artefaktların qaytarılmasına, bərabərsizliyi davam etdirən hüquqi, iqtisadi və sosial sistemlərin islahatına da şamil edilməlidir. Ədalətli və davamlı təzminat çərçivəsi yaratmaq üçün biz təzminat üçün hüquqi baza yaratmaq, mədəni irsin qaytarılmasını müdafiə etmək və təcrid olunmuş icmaların səlahiyyətlərini gücləndirmək üçün iqtisadi təşəbbüslərlə yanaşı, təhsil islahatlarını təşviq etmək kimi hərtərəfli yanaşma təklif edirik. Biz, həmçinin keçmiş ədalətsizliklərin qalıcı psixoloji təsirlərini aradan qaldırmaq üçün təzminat proqramları vasitəsilə zehni və emosional sağlamlığın vacibliyini vurğulayırıq. Təşkilatımız bərpaedici (reparativ) ədalət uğrunda qlobal hərəkata dəstək vermək öhdəliyini bir daha təsdiqləyir. Biz beynəlxalq forumlarda bunu müdafiə etməyə, ədalətli və davamlı təzminat prosesini təmin etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor tərəfdaşları ilə işləməyə davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
2
olaylar.az

3Sources