EN

BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu ifşa etdi (VİDEO)

Bakı. Trend:

Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının İrqiayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyasıçərçivəsində Ermənistanın dövrü məruzəsinə baxış keçirilir.

Trend xəbərverir ki, dekabrın 2-də baxışın ilk günündə Komitə üzvü ÇunqÇinsunq Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox saydaiddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfərazərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədəryer ayrılmasına aydınlıq gətirilməsini sorğu edib.

Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlərnazirinin müavini Vahan Kostanyan suala cavab verməkdə çətinlikçəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib,sənəddə Azərbaycanla bağlı yazılanların məruzənin mahiyyətinə uyğunolmayan təhlükəsizlik və siyasi vəziyyətlə əlaqələndirməyəçalışıb.

Chosen
3
34
az.trend.az

10Sources