EN

İslam dünyasının fəal gəncləri Şuşada bir araya GƏLƏCƏK

"Şuşa şəhərində İslam dünyasının fəal gənclərinin bir arada birləşməsi xüsusi önəm kəsb edir".

Gundem.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov Şuşa şəhərində "Gənclər Paytaxtı"nın bağlanış mərasimi öncəsi təşkil olunan tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu tədbirlər sayəsində gəncləri bir araya toplamaq olduqca vacibdir:

"İslam ölkələrindən gələn gənclər bağlanış mərasimi öncəsi tədbirlərdə iştirak edərək, öz məhsullarını yaradacaqlar. Burada yaradıcı marafon, "workshop"lar təşkil edilir. İslam dünyasına Azərbaycan gəncləri, mütəxəssisləri tərəfindən mesajlar ötürülür. Bir il ərzində gəncləri Şuşada toplamaq yeni əməkdaşlıqların başlaması üçün ciddi təkan oldu".

İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq.

Chosen
17
2
gundem.az

3Sources