EN

Türkiyədə güclü bahalaşma DAVAM EDİR - Qiymətlər SÜRƏTLƏ ARTACAQ

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına əsasən, 2024-cü ilin noyabrında aylıq inflyasiya 2,24 faiz olub.

 

Sfera.az xatırladır ki, oktyabrda aylıq inflyasiya 2,88 idi. Noyabrda aylıq inflyasiyanın azalmasına baxmayaraq, qeydə alınan göstərici gözləniləndən yüksək olub. Keçirilən sorğulara əsasən, noyabrda aylıq inflyasiya 1,9 faizə düşməli idi.

 

Türkiyədə bütün cəhdlərə baxmayaraq, yüksək inflyasiyanı arzulanan səviyyəyə endirmək mümkün olmur. Belə ki, noyabrda illik inflyasiya 47,09 faiz təşkil edib.

 

Düzdür, son bir neçə ayda illik inflyasiya azalsa da mövcud olan göstərici hələ də çox yüksəkdir.

 

Vasif

Sfera.az

 

Chosen
10
sfera.az

1Sources