EN

NURAN bir anlıq keçmişə apardı

Ard-arda çıxardığı layihələri ilə gündəm olan gənc artist NURAN yeni işini təqdim edib.

Doğru.az xəbər verir ki, ifaçı bu dəfə də dinləyicilərinə nostalji hisslər yaşatmaq qərarına gəlib. Belə ki, o, “Çağır məni” və “O bilər, mən bilərəm” hitlərindən sonra 1980-ci illərin mahnılardan olan “Neynim”ə yeni nəfəs verib.

Elvin Elxanın direktorluğu ilə həyata keçirilən layihə Bakıda ekranlaşdırılıb. Musa Musayevin ərsəyə gətirdiyi mahnıya bu dəfə də Soltan İbrahimov klip çəkib.

Nuranın vokal müəllimliyini müğənni Elçin Cəfərov öhdəsinə götürüb. Mahnının yeni tərzdə aranjimanı isə Dahinə (Nihad Məlikov) həvalə olunub.

Hər zaman tərzi ilə diqqət çəkən sənətçinin klipdəki stili üzərində Sərvər Mehtiyev çalışıb. Nuran yeni layihəsi haqqında danışarkən bildirib ki, dinləyicilərinin bu ifasını da sevəcəklərinə inanır:

 

“Çalışıram ki, keçmişdə sevilən mahnılarımızı yenidən gündəmə gətirim. Çünki daha əvvəlki layihərimdən sonra anladım ki, bu tərzdə keyfiyyətli işlərdən xəbərsiz neçə-neçə gənc var. Beləliklə mənim üçün keçmiş mahnıları “Z” nəslinə tanıtmaq bir vəzifəyə çevrildi. Ümid edirəm ki, bəyənəcəksiniz”.

 

Xatırladaq ki, sözügedən mahnının ilk ifaçısı Xalq artisti Niyaməddin Musayev olub.

image-img_8372

image-img_8376

Chosen
4
2
dogru.az

3Sources