EN

UNEC-də SABAH qruplarının 10 illik yubiley tədbiri keçirilib

UNEC rektoru Ədalət Muradov SABAH qruplarının nailiyyətlərini vurğulayan çıxışı ilə yadda qalıb. O bildirib ki, bu günə qədər SABAH qruplarını bitirən məzunların 100%-i işlə təmin olunub. Rektorun sözlərinə görə, ilk illərdə SABAH qruplarında dərs deyən müəllimlərin yalnız 15%-i UNEC-dən olsa da, bu rəqəm hazırda 38%-ə yüksəlib.

QHT.az xəər verir ki, rektor, həmçinin qeyd edib ki, UNEC-in SABAH qruplarının 490 məzunu dünyanın TOP100 ali məktəbində magistr təhsili alır. Bu nailiyyətlər SABAH modelinin ali təhsildə keyfiyyət dəyişiklikləri və alternativ yanaşmaların mümkünlüyünü nümayiş etdirdiyini göstərir.

Tələbə-Məzun Forumu və Karyera Sərgisində çıxış edən Ədalət Muradov SABAH qruplarının UNEC-də uğurlu islahatların qısa zamanda necə müsbət nəticələr verdiyinin bariz nümunəsi olduğunu vurğulayıb.

Forumda SABAH qruplarının məzunları, tələbələr və digər iştirakçılar modelin uğurlarını qeyd edərək yubiley münasibətilə bir-birini təbrik ediblər.

Chosen
13
qht.az

1Sources