EN

Tbilisidə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri döyülüb

Tbilisidə dekabrın 2-də axşam saatlarında Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri, 70 yaşlı Əli Babayevə hücum edilib. Bu barədə “İmedi” telekanalının efirində Babayev özü bildirib.

O, müxalif “Vətəndaşlar” partiyasının rəhbəri, “Güclü Gürcüstan” koalisiyasının üzvü Aleko Elisaşvili tərəfindən hücuma məruz qalıb.

Babayevin sözlərinə görə, Elisaşvili aptekdə ona hücum edib və arxadan vuraraq deyib: “Sən “Gürcü arzusunun qulusan”.

Babayev xəstəxanada olduğunu bildirib.

Almaz Həsənli

Chosen
36
1
oxumeni.az

2Sources