EN

Gələn il Azərbaycanda zirvə görüşü keçiriləcək

Azərbaycan növbəti ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi etmək niyyətindədir.   Manset.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclasında çıxışı zamanı bildirib. C.Bayramov bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyini diqqətə çatdırıb.

Nazir 2024-cü ildə təşkilata sədrliyinə, habelə İƏT Nazirlər Şurasının 28-ci iclasının təşkilinə və qonaqpərvərliyə görə İrana təşəkkür edib, təşkilata növbəti il sədrlik edəcək Qazaxıstana uğurlar arzulayıb.

Chosen
30
20
manset.az

10Sources