EN

“Karvan”ın baş məşqçisi 5 oyunluq cəzalandı

“Karvan”ın baş məşqçisi Kənan Kərimov ikisi şərti olmaqla 5 oyunluq cəzalanıb.

Oxu24.com  xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

K.Kərimov I Liqanın VIII turunun “Karvan” - “Qəbələ” görüşündən sonra mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Baş məşqçinin bu hərəkəti həmçinin klubun 400 manat cərimələnməsi ilə nəticələnib.

K.Kərimovun köməkçisi Zaur Hacıyev də cəzalandırılıb. O, rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyunluq diskvalifikasiya olunub, Yevlax təmsilçisi buna görə 400 manat ərimələnib.

“Karvan”ın futbolçuları - Müşfiq Teymurov və Bəhruz Teymurov da ciddi cəzaya məruz qalıblar. M.Teymurov matç bitdikdən sonra hakimləri təhqir etdiyinə və aqressiv davrandığına görə 4 oyunluq cəzalandırılıb. B.Teymurov da hakimləri təhqir etdiyi üçün 4 matçlıq diskvalifikasiya edilib. AFFA iki futbolçuya görə klubu ümumilikdə 600 manat cərimələyib.

“Karvan” azarkeşlərinə görə də cəriməyə məruz qalıb. Belə ki, klub meydana kənar əşya atıldığına görə 80, kütləvi şəkildə təhqirammiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün 50 manat cərimələnib.

Yevlax təmsilçisi meydana kənar şəxslər daxil olduğuna görə 80, diktor Əsasnamənin tələblərini pozduğuna görə 50 manat cərimələnib. Həmçinin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan” komandası 70 manat ziyana düşüb.

Chosen
4
8
oxu24.com

10Sources