EN

Məşhur pivə istehsalı şirkəti SATILDI - FANTASTİK MƏBLƏĞ

Rusiyanın Hökumət Komissiyası “Baltika” pivə istehsalı şirkətinin Rusiyanın digər bir şirkəti olan “VG Invest”ə 34 milyard rubla (320,75 milyon dollar) satışını təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi hökumət sənədinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, “Baltika” pivə istehsalı üzrə dünyada tanınan Danimarkanın “Carlsberg Group” şirkətinə məxsusdur. “Carlsberg Group” bir müddət öncə Rusiya şirkətini satmaq istədiyini bəyan etmişdi.

 

“Baltika”nı alan “VG Invest” 2024-cü ilin avqustunda dövlət qeydiyyatına alınıb. Şirkətin baş ofisi Sankt-Peterburqda yerləşir.

 

Satış sövdələşməsinə əsasən, “Carlsberg Group” pul vəsaiti almaqla yanaşı, "Baltika"nın “Carlsberg Azerbaijan” və “Carlsberg Kazakhstan”dakı səhmlərini də özündə saxlayacaq.

 

“Baltika” 1990-cı ildə yaradılıb və hazırda 100% Danimarkanın “Carlsberg Group” holdinqinə məxsusdur. 2022-ci ilin martında “Carlsberg” Rusiyanı tərk etmək qərarına gəlib və 2023-cü ilin iyununda şirkət Rusiya biznesini satmaq üçün müqavilə imzalayıb. Bundan bir ay sonra Rusiya prezidenti Vladimir Putin “Baltika”nın Federal Əmlak İdarəetmə Agentliyinin müvəqqəti idarəçiliyinə verilməsi haqqında fərman imzalayıb.

 

Xatırladaq ki, “Baltika” Azərbaycandakı məşhur “Xırdalan pivə” zavodunun sahibi idi. “Carlsberg Group” Rusiyanın “Baltika” şirkətini alanda Xırdalandakı müəssisə də danimarkalıların əmlakına çevrildi. “Carlsberg Group” rus şirkətini satsa da Azərbaycandakı aktivlərini satmayacaq. Bunun səbəbi Azərbaycandakı müəssisənin şirkət üçün əlverişli olmasıdır.

Chosen
2
7
turanpress.com

8Sources