EN

AMB: Azərbaycanda agent bankçılığı modelinin tətbiqinə başlanılıb

Azərbaycanda banklar artıq kreditlərin verilməsində üçüncü tərəfləri cəlb edir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi Günay Mahmudova VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə geniş yayılan agent bankçılığı modeli artıq ölkədə tətbiq olunmağa başlayıb:

“Mərkəzi Bank "Banklarda kredit risklərinin idarəedilməsi qaydası"na dəyişiklik edərək agent bankçılığın hüquqi bazasını yaradıb. Bu dəyişikliklər sayəsində banklar artıq kreditlərin verilməsi prosesinə üçüncü tərəfləri cəlb edə bilirlər. Lakin bu prosesə cəlb edilə bilən tərəflər məhduddur. Belə ki, üçüncü tərəf kimi yalnız ödəniş təşkilatları, elektron pul təşkilatları, bank olmayan kredit təşkilatları (BOKT-lar) və poçt rabitəsi üzrə milli operatorlar çıxış edə bilər”.

G.Mahmudova əlavə edib ki, artıq bu üsulla bazarda kreditlər verilməyə başlanılıb: “Bu, ölkə bank sektorunun inkişafı baxımından sevindirici bir haldır”.

Chosen
3
4
ikisahil.az

5Sources