EN

Azərbaycan və İran XİN rəhbərləri görüşdü


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Facebook” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, görüş İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutub.
Bildirilib ki, xarici işlər nazirləri geniş spektrli məsələləri, o cümlədən, iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində Azərbaycan-İran əməkdaşlığını, həmçinin birgə təşəbbüs və layihələri müzakirə ediblər.
“Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasiya xətlərinin tezliklə yekunlaşdırılmasının və əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb", - məlumatda qeyd olunub.


Chosen
4
17
yeniavaz.com

10Sources