EN

Trampın tarifləri Avrozonanı belə vuracaq – Tanınmış bankir açıqladı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası tərəfindən tətbiq ediləcəyi gözlənilən idxal tarifləri Avrozona ölkələrində iqtisadi artımı azalda bilər.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, bu qiymətləndirmə ilə Avropa Mərkəzi Bankının (AMB) idarə heyətinin üzvü Piero Cipollone çıxış edib.

Onun sözlərinə görə, iqtisadi artımın azalması ilə yanaşı, inflyasiya da azala bilər. Belə ki, ABŞ-ın potensial tarifləri iqtisadiyyatı zəiflədə bilər, bu da istehlakın azalmasına və buna görə də qiymətlərə təzyiqin azalmasına səbəb ola bilər.

Oktyabr ayında Beynəlxalq Valyuta Fondu (BVF) Avrozonanın bu il və gələn il iqtisadi artım proqnozunu müvafiq olaraq 0,1 faiz bəndi və 0,3 faiz azaldıb.

Musavat.com

Chosen
50
27
musavat.com

10Sources