EN

Avropa atəşkəsə nəzarət etmək üçün Ukraynaya qoşun göndərməyi müzakirə edir

Avropa atəşkəsə nəzarət etmək üçün Ukraynaya qoşun göndərməyi müzakirə edir

Bəzi Avropa ölkələri, əgər belə bir razılıq əldə olunarsa, atəşkəs şərtlərinə əməl olunmasına nəzarət etmək üçün Ukraynaya öz hərbi qüvvələrini göndərməyi müzakirə edir. AFN.az xəbər verir ki, bu barədə "Agence France-Presse" mənbələrə istinadən məlumat yayıb.Agentliyin məlumatına görə, müzakirə NATO çərçivəsində deyil, ayrı-ayrı ölkələr arasında gedir. Belə ki, dekabrın 3-4-də keçiriləcək alyans toplantısında Ukraynaya hərbçilərin göndərilməsi məsələsi müzakirə olunmayacaq.ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı Ukraynada “24 saat ərzində” sülhə nail olacağına söz versə də, bunu necə etməyi planlaşdırdığını açıqlamayıb. Bu səbəbdən, AFP-nin NATO mənbələrinə görə, Avropa ölkələri mümkün nizamlanma prosesindən kənarda qalmaqdan ehtiyat edir və bəziləri danışıqlar masasında yer almaq üçün yollar axtarır.

Chosen
18
3
afn.az

5Sources