EN

Rusiya Suriyaya "Afrika Korpusu"nun döyüşçülərini göndərir - Ukrayna kəşfiyyatı

Suriyadakı Rusiya hərbi kontingentinin şəxsi heyəti müxalif qüvvələrin uğurları - Hələbin ələ keçirilməsi, Həma bölgəsində döyüşlər və Homsa irəliləməsi səbəbindən depressiyaya düşüb. 

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, Suriya hökumət ordusu və Rusiya dövlətinin hərbi birləşmələri xeyli itki verir, öz mövqelərindən qaçır, silah və texnikanı geridə qoyur - geri çəkilmə xaotikdir.

Kəşfiyyat məlumatlarına görə, ərəb-rus tərcüməçiləri təcili olaraq döyüşlərin getdiyi Həma şəhərinə göndərilir.

Suriyada Rusiya hərbçilərinin planlaşdırılmış rotasiyalarının dayandırıldığı da bildirilir.

"Moskva liderləri Yaxın Şərq ölkəsinə yardım etmək üçün özəl hərbi şirkətlərdən muzdlular göndərmək qərarına gəliblər - döyüşçülərin yəqin ki, "Afrika korpusu"ndan gələcəyi gözlənilir", deyə kəşfiyyat məlumat verir.

Samir


 

Chosen
9
1
hit.az

2Sources