EN

Ermənistan müxalifəti Paşinyana qarşı çıxdı

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın təqdim etdiyi büdcə layihəsinə qarşı çıxıb.

Musavat.com xəbər verir ki, müxalifətdə olan “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan onu dövlət suverenliyinə qəsd adlandırıb.

“Bu hökumətə görə, biz 2020-ci ildə hərbi potensialımızın əhəmiyyətli hissəsini itirdikdən sonra daha təhlükəsiz şəraitdə yaşayırıq. Yeri gəlmişkən, parlamentdə 2025-ci il dövlət büdcəsi layihəsinin yekun müzakirəsi zamanı Azərbaycan silahlı qüvvələrinin sonuncu dəfə nə vaxt hərbi təlimlər keçirdiyini xatırlamısınız?, - deyə revanşist deputat sual edib.

Müxalif deputatın sözlərinə görə, bu layihə Ermənistanın qarşısında duran çağırışlara adekvat deyil və mövcud iqtisadi siyasət Ermənistanın uzunmüddətli və sabit inkişafını təmin etmir.

“Hökumətin xarici və müdafiə siyasəti ölkəmizin təhlükəsizliyini təmin etmək iqtidarında deyil”, - deyə o vurğulayıb.

Artur Xaçatryan qeyd edib ki, “Ermənistan” bloku 2025-ci il dövlət büdcəsi layihəsini Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qəsd edən fəaliyyətlərin maliyyələşdirilməsi kimi qiymətləndirir.

Musavat.com

Chosen
17
1
musavat.com

2Sources