EN

Bu ölkədə Baydenin səfərinə görə qadağalar tətbiq edildi

Anqolanın qərbindəki Benqela əyalətinin hakimiyyət orqanları ABŞ Prezidenti Co Baydenin səfəri zamanı küçə ticarətini və dəfn mərasimlərini qadağan edib.

Sitat.info xəbər verir ki, bu barədə “Novo Journal” nəşri məlumat yayıb.

“Baydenin səfəri zamanı Benqelada dəfn mərasimləri təxirə salınacaq, bir neçə yol bağlanacaq və küçə ticarəti qadağan ediləcək”, - məlumatda deyilib.

Qeyd edək ki, bazar ertəsi ABŞ Prezidenti Co Baydenin Anqolaya iki günlük səfəri başlayıb.

Chosen
3
5
sitat.info

6Sources