EN

Almaniya Ukraynaya humanitar yardım kimi daha 30 milyon avro ayıracaq

Almaniya Ukraynaya daha 30 milyon avroluq humanitar yardım verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısına gedərkən jurnalistlərə bildirib.

"Biz NATO çərçivəsində Ukrayna üçün 63,5 milyon avro ayırmağa davam edirik və ikitərəfli əsasda humanitar yardım üçün daha 30 milyon avro ayırırıq", - Berbok bildirib.

Chosen
32
5
operativmm.az

6Sources