EN

Bakıda Azərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsində üçtərəfli işçi görüş keçiriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə ƏrəbistanıKrallığının hərbi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə MüdafiəNazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənovonları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Müdafiənaziri ölkələrimiz arasında dostluq və qardaşlıq prinsipi üzərindəqurulan əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini vəhər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı QüvvələrinAli Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzindəsaxlanıldığını bildirib.

Cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzindəkeçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq MüdafiəSərgisində Səudiyyə Ərəbistanının geniş tərkibdə nümayəndə heyətiilə iştirakının yüksək qiymətləndirildiyi qeyd olunub.

Nazir Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmişərazilərin minalardan təmizlənməsi ilə bağlı görülən tədbirlərbarədə qonağı məlumatlandırıb və Səudiyyə Ərəbistanı tərəfindən buişdə göstərilən dəstəyə görə qonağa təşəkkürünü bildirib.

Qeyd edilib ki, Vətən müharibəsindən sonra minaların partlamasınəticəsində indiyədək zərər çəkən 382 nəfər mülki və hərbiqulluqçudan 70 nəfəri həlak olub.

Daha sonra general-polkovnik Z.Həsənov BakıdaAzərbaycan-Türkiyə-Səudiyyə Ərəbistanı arasında kəşfiyyat sahəsindəüçtərəfli formatda keçiriləcək işçi görüşündə iştirakçılara uğurlararzulayıb.

Ölkəmizə səfərindən məmnun olduğunu qeyd edən nümayəndə heyətigöstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanınərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətiləgeneral-polkovnik Z.Həsənovu təbrik edib, şəhid olanlara Allahdanrəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığıverib. Qonaq hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərininəlaqələrimizin genişlənməsinə təkan verdiyini vurğulayıb.

Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın inkişafperspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirəedilib.

Sonra qonaqlar Azərbaycan Ordusunun Baş Qərargahına gəlib.Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun BaşQərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə ƏrəbistanıKrallığının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslananəməkdaşlığımızın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.Tərəflər, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini xüsusivurğulayıb və maraq doğuran bir çox digər məsələlərə dairmüzakirələr aparıblar.

Bakıda
Bakıda
Bakıda
Chosen
35
22
az.trend.az

10Sources