"Qarabağ"da ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, Julio Romao Misli Premyer Liqasının XV turunda "Neftçi" ilə matçda zədələnib. Nəticədə futbolçu 1 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib. 

Onun sözlərinə görə, braziliyalının tam sağalması 1 həftəyə başa gələcək.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu sabah Azərbaycan Kubokunda "Qəbələ"yə qarşı keçirəcək.