Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova parlamentin bloklandığı Seula qarşı Qərbin sanksiyalar tətbiq edib-etməyəcəyini şərh edib.
Bizim.Media xəbər verir ki, Zaxarova bu barədə özünün “Telegram” kanalında yazıb.
"Litva, Latviya və Estoniya bununla bağlı nə qərar verib? Seula qarşı sanksiyalar tətbiq edəcəklər? Yoxsa Cənubi Koreya Gürcüstandan şanslı olacaq?" – o, qeyd edib.
Bizim.Media