EN

Apple casusluqda ittiham olunur

Yazını böyüt
Yazını kiçilt

Kaliforniyada Apple-ın işçilərinin şəxsi cihazlarını və iCloud hesablarını qanunsuz olaraq izləməkdə, habelə onlara iş şəraiti və maaşları müzakirə etməyi qadağan etməkdə ittiham olunduğu məhkəmə prosesi başlayıb. Bu barədə Reuters xəbər verir.

İddiaçı keçmiş Apple marketoloqu Amar Bhaktadır. O iddia edir ki, şirkət e-poçt, fotoşəkillər və sağlamlıq məlumatları daxil olmaqla şəxsi məlumatlara çıxışı təmin edən proqram təminatının quraşdırılmasını tələb edir. Bundan əlavə, iddiada bildirilir ki, “Apple” şirkətinin məxfilik siyasəti var və işçilərə mətbuatla iş şəraitini müzakirə etməyi və ya məlumat yaymağı qadağan edir. 2020-ci ildən Apple-da işləyən Bhakta, podkastlarda işi haqqında danışmasının qadağan edildiyini və LinkedIn profilindən iş şərtləri ilə bağlı məlumatların silinməsini əmr etdiyini söyləyib.

“Apple” bu ittihamları rədd edərək bildirib ki, işçilərin öz hüquqları ilə bağlı hər il təlim keçirilir və iş şəraitlərini müzakirə edirlər. Şirkət həmçinin dünyada ən yaxşı məhsul və xidmətlərin yaradılmasına və əqli mülkiyyətin qorunmasına sadiqliyini vurğulayır.
Bu, Apple-ın işçilərin hüquqlarının pozulması ilə bağlı iddialarla ilk dəfə qarşılaşması deyil. Əvvəllər iki qadın şirkəti mühəndislik, marketinq və AppleCare sahələrində qadınlara sistematik olaraq az maaş verməkdə ittiham edərək məhkəməyə müraciət etmişdi.

Chosen
12
hafta.az

1Sources