Bakıya yağan leysan sabahadək davam edəcək. Sabah isə hava əsasən yağmursuz keçəcək. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun aparıcı mütəxəssis sinoptiki Leyla Mədətova "Xəzər Xəbər"ə açıqlamasında bildirib.
Xezerxeber.az-ın məlumatına görə, bölgələrdə isə yağış bu gün axşama doğru kəsiləcək.
Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 6-11 dərəcə, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.