EN

"İƏT Zirvə görüşünə Bakının ev sahibliyi etməsinə üzv ölkələrin heç biri etiraz etməyəcək" — ŞƏRH

Azərbaycan növbəti ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi etmək niyyətindədir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclasında çıxışı zamanı bildirib. C.Bayramov bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyini diqqətə çatdırıb. 

Siyasi şərhçi Tural İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın İƏT-lə əməkdaşlığı yüksək səviyyədədir və bu təşkilata böyük töhfələri olub. O qeyd edib ki, İƏT-ə Azərbaycanla qonşu olan dövlətlər də üzvdür:

“Təbii ki, bu da ölkəmizin beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyinin davam etməsi deməkdir. Eyni zamanda nəzərə almalıyıq ki, İƏT İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb və hər üç ölkə ilə bizim yaxşı əlaqələrimiz var. İƏT-də Azərbaycanın strateji müttəfiqlik etdiyi ölkələr də yer alır. Azərbaycan İƏT Zirvə görüşünü təşkil etməklə göstərir ki, beynəlxalq əhəmiyyətli tədbirlər ard-arda ölkədə keçiriləcək. Bu, ölkəmizə olan etimadın göstəricilərindən biridir. Hesab edirəm ki, İƏT Zirvə görüşünə Bakının ev sahibliyi etməsinə üzv ölkələrin heç biri etiraz etməyəcək. Çünki bu dövlətlərin Azərbaycanla inkişaf edən münasibətləri var”.

Törə Zeynallı
Demokrat.az

Chosen
17
demokrat.az

1Sources