EN

Azərbaycan Güləş Federasiyası Lənkəranda seminar keçirib

Bakı. Trend:

Azərbaycan Güləş Federasiyası (AGF) Lənkəranda seminarkeçirib.

AGF-dən Trend-ə verilən məlumata görə, Olimpiya İdmanKompleksində təşkil edilən tədbirdə Lənkəran, Astara, Lerik,Masallı, Yardımlı və Cəlilabaddan olan məşqçilər iştirak edib.

Seminarın nəzəri hissəsində əvvəlcə Lənkəran-Astara RegionalGənclər və İdman İdarəsinin idman şöbəsinin müdiri Yusif Xamiyevtədbirin təşkilinə görə Azərbaycan Güləş Federasiyasına (AGF)təşəkkürünü bildirib.

AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev son zamanlarfederasiyanın bölgələrdə fəaliyyət göstərən güləş zallarına verdiyidəstəyə diqqəti yönəldib. Sərbəst güləş üzrə U-17 millinin məşqçisiƏsgərxan Novruzov yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsiaparıb, onların problemlərini dinləyib və öz tövsiyələriniçatdırıb. Yunan-Roma güləşi üzrə U-20 millinin məşqçisi ZöhrabAbbasov idmançıların məşqlərə davamiyyətinin və tez-tez güləşməktəblərinin bir-biriylə dostluq görüşləri keçirməsinin vacibolduğunu deyib.

I-S kateqoriyalı referi Sədi Quliyev video görüntülərləyarışlarda yaranmübahisəli epizodları şərh edib. Seminarın praktikihissəsi isə Z.Abbasovun keçdiyi nümunəvi məşqdən ibarət olub.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarınınnövbəti mərhələsi sabah Sabirabad şəhərində keçiriləcək.

Chosen
4
5
az.trend.az

6Sources