EN

Mahir Emreli vurduğu ziyana görə töhmət aldı

AFFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Tallin şəhərindəki "A.Le Koq Arena”ya vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, UEFA oktyabrın 11-də səfərdə Estoniya yığması ilə Millətlər Liqasının matçındakı hərəkətinə görə 27 yaşlı hücumçuya töhmət verib.

Forvard "ləyaqətli davranış qaydalarını pozmaqda" ittiham edilib.

Mahir Emreli qarşılaşma başa çatandan sonra paltardəyişmə otağına yollanan zaman tunelin üst hissəsindəki dəmir tavana əli ilə zərbə endirib və ora ziyan vurub.

Qeyd edək ki, görüş Azərbaycan millisinin məğlubiyyəti ilə başa çatmışdı - 1:3.

Chosen
13
11
olke.az

10Sources