EN

Rusiyanın sualtı qayığı Yaponiya sahillərində göründü

Yaponiya Müdafiə Nazirliyi Okinava prefekturasının bir hissəsi olan Yonaquni adasında Rusiya sualtı qayığının göründüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Rusiya Hərbi Dəniz Qüvvələrinin xilasedici gəmisi və sualtı qayığı Yonaquni adasından təxminən 50 km cənubda sularda şimal-şərqə doğru gedirdi” - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib. Yonaquni Şərqi Çin dənizindəki Çinlə mübahisəli adalar qrupunun bir hissəsidir.


Müəllif: Arzu
Chosen
2
1
teleqraf.com

2Sources