EN

Fuat Oktay: Bakı-Tbilisi-Qars dəmiryolunun tam həcmdə fəaliyyəti üçün işlər tez başa çatdırılmalıdır

Türkiyə, Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun tam həcmdə fəaliyyət göstərməsi üçün işlər qısa zamanda başa çatdırılmalıdır.

“Report” xəbər verir ki, bunu Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan-Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin görüşündə deyib.

Parlamentarinin sözlərinə görə, görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparılıb: “Ticarət, iqtisadiyyat, müdafiə, əməkdaşlıq, texnologiya, təhsil, turizm və rəqəmsal iqtisadiyyat kimi sahələrdə əməkdaşlığımızın mümkün inkişafı barədə fikir mübadiləsi apardıq. Hərbi təlimlər və təhlükəsizlik sahəsində əməkdaşlıq barədə də danışdıq”.

F.Oktay həmçinin qeyd edib ki, Qafqazda sabitliyin təmin olunması vacibdir.

Toplantıda həmçinin Ukrayna, Suriya və Qəzzadakı son durum müzakirə olunub.

Chosen
24
2
far.az

3Sources