EN

Mahir Emreli vurduğu ziyana görə töhmət aldı

"Arena"ya vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq.

Gundem.az report-a istinadən xəbər verir ki, UEFA oktyabrın 11-də səfərdə Estoniya yığması ilə Millətlər Liqasının matçındakı hərəkətinə görə 27 yaşlı hücumçuya töhmət verib.

 

Forvard "ləyaqətli davranış qaydalarını pozmaqda" ittiham edilib.

 

Mahir Emreli qarşılaşma başa çatandan sonra paltardəyişmə otağına yollanan zaman tunelin üst hissəsindəki dəmir tavana əli ilə zərbə endirib və ora ziyan vurub.

 

Qeyd edək ki, görüş Azərbaycan millisinin məğlubiyyəti ilə başa çatmışdı.

 

Milli.Az

Chosen
10
11
gundem.az

10Sources