EN

Keçmiş məcburi köçkünlər öz evlərinə qayıtmaq istəmir ya başqasının evindən çıxmaq ?

Bakı şəhərində keçmiş məcburi köçkün Rzayevlər ailəsi ilə mənzilin əsl sahibi Afət Məmmədovanın ailəsi arasında mülk davası yaşanıb.

Milli.Az xəbər verir ki, 1992-ci ildə mənzilə yerləşən keçmiş məcburi köçkünlər indi çıxmaq istəmirlər. Mənzilin əsl sahibləri isə həmin şəxslərin Balaxanıda və digər yerlərdə evləri olduqlarını öyrəndikdən sonra onlar artıq kirayə, yataqxana və qohum evlərindən çəkilib öz evlərində qalmaq istədiklərini bildirirlər. Keçmiş məcburi köçkünlərə Bakıda ayrılan evi bəyənmədiklərini bildirən mənzilin əsl sahibləri heç olmasa oradan verilən evə yerləşmək istədiklərini qeyd ediblər. 

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, həmin ailə məcburi köçkün olmadığı üçün onlara ev verilə bilməz. Komitə həmçinin, Rzayevlər ailəsinin qısa müddət ərzində Şuşaya köçürülməsi məsələsinə də baxılacağını qeyd edib.

Milli.Az 

 

Chosen
2
43
milli.az

10Sources