Filippinin Luzon adasında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 111 min insanın yaşadığı Laoaq şəhərindən 46 km şimal-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.