EN

Dünya çempionu: "Erməninin cığallığına göz yumurdular" - VİDEO

"Biz illərdir Dünya Güləş Birliyinin keçirdiyi bu yarışda iştirak edirik.

Amma kişilər arasında nəticə əldə edə bilməmişdik.

Üçüncülüyümüz var idi, çempionluğumuz isə yox idi. Mən də çempion olmaq ümidləri ilə getmişdim. Şükür Allaha ki, qismət oldu".

Sportinfo.az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Qazaxıstanın Astana şəhərində keçirilən qrapplinq üzrə dünya çempionatında qızıl medal qazanan idmançımız Fərhad Bağırov deyib.

Böyüklər arasında ilk qızıl medalı qazanan dünya çempionumuz erməni idmançı ilə görüşün çox gərgin keçdiyini söyləyib:

"Birinci görüşdə erməni qrapplinqçi ilə qarşılaşdım. Erməni idmançı titullu idi.

Döyüş çox gərgin keçdi. Baş hakimlər onlara üstünlük verirdilər. Bu hallarla artıq bir neçə dəfə qarşılaşmışam.

Erməni idmançı cığallıqlar etsə də, qələbə qazana bildim. Dörd görüşdən ikisində xalla, ikisində də vaxtından əvvəl boğucu fənd tətbiq edərək qalib gəldim.

Təbii ki, final görüşü də məni incitdi. Xoşbəxtlikdən son döyüşdə də qalibiyyət əldə etdim".

Çox idman növü ilə məşğul olduğunu deyən F.Bağırov son 4 ildə yarışlara məşqçisiz hazırlaşdığını qeyd edib.

"Ən böyük nailiyyətlərim elə son 4 ildə olub. Qrapplinqə marağım davamedici olduğuna görədir.

Başqa idman növlərində rəqibini yıxırsansa, bitir, bizdə isə belə deyil. Yıxanda döyüş hələ təzə başlayır", - deyə o əlavə edib.

Chosen
87
sportinfo.az

1Sources