EN

Suriya Ordusu Xanasir şəhəri yaxınlığında yaraqlılara hücum edib

Suriya Ordusu Hələb şəhərindən cənub-şərqdə (Dəməşqdən 360 km məsafədə) əks hücuma keçib.

"Far.Az" xəbər verir ki, bu barədə Suriyanın "Al Watan" qəzetinə hərbi mənbə bildirib.

Qoşunlar Atray-Hələb magistral yolu ilə irəliləyərək, əvvəllər “Cəbhət ən-Nusra” qruplaşması tərəfindən ələ keçirilən Xanasirə yaxınlaşıb.

Suriya artilleriyası Həma şəhərinin şimalında, qərbində və şərqində yaraqlıların mövqelərini intensiv atəşə tutub.

Qeyd edək ki, Suriya hərbçiləri daha əvvəl Həma yaxınlığındakı əks-hücumlar zamanı Es-Sukeilabiyah və Mhardeh şəhərləri arasında magistral yolda yerləşən yaşayış məntəqələrinə nəzarəti bərpa ediblər.

Chosen
56
15
far.az

10Sources