Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə Quba-Qusar zonasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.