EN

Murad Ağadadaş Ağayevin müdafiəsinə qalxdı

“Frenk Sinatrasından tutmuş Vitni Hyustonuna qədər, yumruq atan kim, həbs olunan kim, və sair və ilaxır... Bu tarixçələri yaxşı bilirəm, uzun-uzun danışaram... Artist peşəsi, səhnədə tamaşa göstərmək, sevindirmək, kədərləndirmək, coşdurmaq, güldürmək, ağlatmaqdır. Amma sonucda bu da bir peşədir. Adam peşəsini icra etdikdən sonra, səhnədən düşür və sizlərdən birinə çevrilir. Ağadadaş Ağayev məsələsində aylardır xalqın kinayəli, nifrət dolu, qəddar şərhlərini izləyirəm... Videodakı adamın kimliyini kənara atıb, videoya bir daha baxsaq, iki qəzəbli kişinin davasını görərik. O qəzəbin səbəbi, bir Allaha bir də o iki kişiyə bəllidir”.

OLAY yazır ki, bu sözləri bəstəkar – müğənni Murad Dadaşov həmkarı, Xalq artisti Ağadadaş Ağayevin bu yay Binəqədi rayonu ərazisində yerləşən “Medera” hospitaldakı qalmaqallı davasına instaqram səhifəsində post paylaşaraq münasibət bildirib.

Murad baş verən bu hadisə də A.Ağayevi müdafiəsinə qalxıb:

“Bilmirəm o hücum idi, yaxud müdafiə idi, yaxud təhqir olunduğu üçün düşdüyü affekt halındakı sərt reaksiya idimi? Məhkəmə araşdırıb, qərar verər. Amma siz, o videoda özünüzü, atanızı, qardaşınızı, yaxud ərinizi də təsəvvür edə bilərsiniz, məsələn. Ola bilməz?! Xalqın təpkisi, xalqın qınağı, xalqın sənətçisi sözləriylə yarğılamağa tələsməyin. O 40 ildir apardığı məclislərlə, kasetləriylə, diskləriylə, mahnılarıyla xalqın sənətçisi olub. Yoxsa onunla oynayan, sevinən böyüyən nəsillər, xalq deyil?! Bu “balta” insidentinə rəğmən, Ağadadaş Ağayev bundan sonra da “Yarı səndə, yarı məndə”, “Dodağına gülüş qonub”, “Sən oldun” ifaçısı kimi qalacaq, yenə də onu dinləyəcək, onunla bərabər oxuyacaq, qoşub oynayacaqsınız. Demirəm ki, yaxşı edib. Deyirəm ki, hamınızın başına gələ biləcək hadisədir. Qoy, daşı günahsız olan atsın”.

Qeyd edək ki, Ağadadaş Ağayev silah qismində istifadə olunan əşya ilə xuliqanlıq etməkdə ittiham olunur. Təqsirli bilinsə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Chosen
366
2
olay.az

3Sources