Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə parlament binası qarşısında davam edən etiraz aksiyasına polis yenə müdaxilə edərək dağıdıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına üzvlük danışıqlarını 2028-dək dayandırmaq qərarından sonra küçələrə axışan minlərlə insan polisin müdaxiləsinə baxmayaraq, dağılışmaq niyyətində deyil.
Məlumata görə, ötən gücə etirazçılartoplaşdıqları parlamentin qarşısında polisin təzyiqli su ilə müdaxiləsindən sonra Şota Rustaveli küçəsində barrikadalar qurublar: "Nümayişçilər ətrafda tapdıqları əşyaları yandırıb, hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər burada saatlarla polis xüsusi təyinatlılarına hücum edərək, pirotexniki vasitələrdən istifadə edib, daş və digər əşyalar atıblar. Aktivistlərin hücumlarına dəfələrlə gözyaşardıcı qazla cavab verən xüsusi təyinatlıları bakı vaxtilə səhər saat 06:00 radələrində su təzyiqli maşınlardan da istifadə edərək nümayişçiləri dağıdıb. Polis küçə boyu təhlükəsizlik tədbirlərini artırıb, bəzi nümayişçilər saxlanılıb. Bir qrup nümayişçi isə Tbilisinin müxtəlif küçələrində yürüşlərini davam etdirir".
Firudin Səfərli
Mia.az