EN

Azərbaycan Kuboku: 1/8 final mərhələsinə beş görüşlə yekun vurulacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycan Kubokunda 1/8 final görüşlərinə beş görüşlə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, "Qəbələ" "Qarabağ"ı, "Kəpəz" "İmişli"ni, "Neftçi" "Difai Ağsu"nu, "Sumqayıt" MOİK-i, "Zirə" isə "Şamaxı"nı qəbul edəcək.
Xatırladaq ki, ilk oyun günündə "Araz-Naxçıvan" "Mingəçevir"i 3:1, "Səbail" "Qaradağ Lökbatan"nı 2:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Sabah" matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşdığından qalibin adına penaltilər seriyasında aydınlıq gətirilib. Burada daha güclü olan "Sabah" 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, 1/4 finalda "Zirə" - "Şamaxı" cütünün qalibi "Araz-Naxçıvan"la, "Qəbələ" - "Qarabağ" görüşünün qalibi "Səbail"lə, "Kəpəz" - "İmişli" matçının qalibi "Neftçi" - "Difai Ağsu" cütünün qazananı ilə, "Sumqayıt" - MOİK qarşılaşmasının qalibi isə "Sabah"la üz-üzə gələcək.
Chosen
3
1
oxu.az

4Sources