EN

Avtomobil bazarı çökdü: Səbəb bəllidir

Noyabrda Rusiyada yeni minik avtomobillərinin satışı xeyli azalaraq,121,88 min ədədə düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Avtostat” məlumat yayıb.

Ötən ayla müqayisədə avtomobil bazarının göstəriciləri üçdə bir (mənfi 28,8 faiz) azalıb.

Agentliyin eksperti Sergey Udalovun sözlərinə görə, oktyabr ayında minik avtomobillərinin satışı son 3,5 ilin rekordu qırıb.

"Noyabrın ilk həftəsi isə şok effekti yaratdı: oktyabrın ilk həftəsinə nisbətən mənfi 60 faiz", - ekspert bildirib.

Chosen
7
publika.az

1Sources