EN

Putinin hədiyyə etdiyi pişik öldü — FOTO

Rusiya Prezidenti Vladimir Putinin 2012-ci ildə Yaponiya qubernatoru Norihisa Satakeyə hədiyyə etdiyi “Mir” adlı pişik ölüb. 

Demokrat.az bu barədə TASS-a istinadən xəbər verir. 

Heyvanın ölüm səbəbi xəstəlik olub.

Qeyd edək ki, 2012-ci ildə Yaponiyanın Akita prefekturasının qubernatoru Norihise Satake Rusiyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə Vladimir Putinə təşəkkür olaraq, Akita İnu cinsinə aid it balasını hədiyyə edib.

Rusiya lideri buna cavab olaraq qubernatora “Mir” adını verdikləri pişik balasını bağışlayıb.

Pişik balası Norihise Satakenin evində məskunlaşıb və ömrünün 12 ili ərzində ailənin tam hüquqlu üzvü olub.

Eyni zamanda, hələ 2020-ci ildə qubernator pişiyin digər ev heyvanları ilə yaxşı yola getdiyini, əla iştaha sahib olduğunu və sakit xarakteri ilə seçildiyini söyləyib.

Chosen
4
5
demokrat.az

10Sources