EN

Qərbi Azərbaycana da Əliyev irsinin rəhbərliyi ilə qayıdacağıq- ÖZƏL

"Bütün bu qarabağ problemi, deportasiya problemi Ulu Öndərin Kremldəki vəzifəsindən haqsızcasına uzaqlaşdırılmasından sonra başladı". "Olaylar" əbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: "Çox təəssüf ki, o zaman meydanlarda danışan bəzi ziyalılar Ulu Öndərə birmənalı dəstək göstərmədi. Bizim deportasiyamızı gözlədilər, 20 Yanvarı gözlədilərini, Xocalını gözlədilər, Qarabağın itirlməsini gözlədilər, heç bir siyasi və dövlət idarəetməsi təcrübəsi olmayan bir qrup cinayətkarın hakimiyyətə gəlməsinə mane olmadılar, yalnız 1993-cü ildə qardaş qırğınından, hakimiyyətdə olan bir neçə dəyər alverçisinin, xəyənatkarın qaçmasından sonra tamamilə məhv olmamaq üçün Ulu Öndəri geri çağırdılar. Bu gün tarix bir daha göstərdi ki, biz ərazi bütövlüyümüzü də, milli şərəfimizi də Əliyev irsinin rəhbərliyi ilə bərpa etdik və biz bilirik ki, Qərbi Azərbaycana da Əliyev irsinin rəhbərliyi ilə qayıdacağıq. Əliyev irsi əsasında formalaşan dövlət kimliyi bizim müstəqilliyimizin və rifahımızın qarantıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources