38 vyetnamlı turist Cənubi Koreyanın Jeju adasını ziyarət edərkən yoxa çıxıb. Turistlərdən hələ də xəbər yoxdur.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər 90 nəfərlik qrupun noyabrın 14-də Jeju adasına gəldiyini, lakin 38 nəfərin geri dönüş uçuşuna az qalmış itdiyini bildirib. Digər turistlər ölkələrinə qayıtsa da, itkin düşən 38 turist tapılmayıb.
Ölkəyə 30 günlük vizasız səyahət icazəsinin olduğunu bildirən səlahiyyətlilər, turistlərin dekabrın 14-dək adada qala biləcəyini və axtarış işlərinə başlanıldığını bildirib.
Xatırladaq ki, ada qırğın adası kimi tanınır. Belə ki, Jeju adasında 1948-ci ildə 25.000 ilə 40.000 arasında insan dövlət tərəfindən öldürülüb. Qətlə yetirilənlərin çoxunun cəsədi hələ də tapılmayıb.
Gülayə Mecid