EN

“Temu”nun NÖVBƏTİ FIRILDAQÇILIĞI: Bank kartlarından əlavə PUL ÇIXILIR

Onlayn alış-veriş şəbəkələrindən olan "Temu" son günlər insanların bank hesabından heç bir alış-veriş etmədiklərinə baxmayaraq pul çıxır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə sosial şəbəkə paylaşımlarında bildirilir.

Bank kartından əlavə çıxılanlardan biri də Bakı şəhər sakini Orxan Ağayevdir. O, sosial şəbəkə paylaşımında bildirib ki, heç bir alış-veriş etməməyinə baxmayaraq, bank hesabından 30.77 manat çıxılıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, ümumiyyətlə, bu, yeni bir məsələ deyil. Onun sözlərinə görə, əksər xarici şirkətlər onlayn ödəniş etdikdən sonra ay ərzində çox az hiss edilməyən məbləğləri vətəndaşların hesabından çıxırlar:

"Temu" onlayn alış-veriş platforması olaraq özünü tam doğrultmadı, çox şikayətlər var, hətta istehlakçı hüquqlarına zidd, biznes qaydalarına uyğun olmayan hərəkətlər edirlər”.

Elvin Abbasov: "Temu" onlayn alış-veriş platforması olaraq özünü tam doğrultmadı

Ekspert bildirib ki, "Temu" kimi özünü tam doğrultmayan, hətta dələduzluq saytı hesab oluna biləcək bir çox xarici platformalar var:

"Vətəndaşların kart məlumatları alış-veriş etdikdən sonra qeydə alınır. "Temu" proqramının başqa istiqamətlərdə də təhlükələri kibermütəxəsislər tərəfindən görülür. Müşahidələr onu göstərir ki, "Temu" üzərindən səs dinləmələri və bunun kimi başqa kodlar da mövcuddur”.

E.Abbasov onu da qeyd edib ki, bəzi kibermütəxəsislərə görə, "Temu" onlayn alış-veriş tətbiqi Çinin agent proqramı kimi məlumatları toplayan proqramdır.

Chosen
10
50
turkustan.az

10Sources